Döyüşdə ölən rusun dul qadını bir il müddətinə işdən çıxarılmayacaq...
...Bu arada Rusiyada yeni qanun layihəsi dəstəklənib.
Deməli, bundan sonra Rusiyada əri Ukraynada ölən hərbçinin dul qadını bir il ərzində işdən çıxarıla bilməz.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu rusiyalı işəgötürənlərə qadağan edilir.
Təbii ki, bu halda mərhumun döyüş veteranı statusu olmalıdır. Dul qadın həyat yoldaşının ölümündən sonra bir il ərzində yenidən ailə qurarsa, qanunun təsiri altına düşməyəcək. Döyüş veteranı statusu indi Ukrayna ərazisində qondarma xüsusi hərbi əməliyyatın demək olar ki, bütün iştirakçılarına verilir.
İstisna isə, dövlət orqanlarının qərarı ilə yaradılmayan könüllü birləşmələrin üzvlərinədir.
Qeyd olunur ki, Nazirlər Kabinetinin yeni qanun layihəsinə cavabında “gender ayrı-seçkiliyinin” qarşısının alınması məqsədilə analoji dəstək həlak olmuş və döyüş veteranı kimi tanınan qadın hərbi qulluqçuların ərlərinə də şamil ediləcək? Yox, deyim ki, bu hələ təklif edilib...
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB