Stoltenberq ABŞ bazasına hücumda İranı günahlandırır, halbuki...

Stoltenberq ABŞ bazasına hücumda İranı günahlandırır, halbuki...

NATO-nun baş katibi Yens Stoltenberq, İordaniya və Suriya sərhədində ABŞ bazasına edilən hücuma görə İranın məsuliyyət daşıdığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini TASS sitat gətirir.

Stoltenberq bəyanatında ilk növbədə ABŞ hərbçilərinin “ölən və yaralananları” ilə bağlı başsağlığı verib.

O, ABŞ-a səfəri zamanı İranın regionda sabitliyi pozmağa davam etdiyini, o cümlədən Qırmızı dənizdə gəmilərimizə hücumu davam etdirən terrorçulara dəstək verdiyini bildirib. Qeyd edək ki, bir müddət bundan əvvəl ABŞ prezidenti Cozef Bayden də oxşar ittihamla çıxış etmişdi.

...Xatırladaq ki, İordaniyanın şimal-şərqindəki Amerika bazasına hücum yanvarın 28-də pilotsuz uçan aparat vasitəsilə həyata keçirilib.

Və İran bununla heç bir əlaqəsi olmadığını bildirib.

Daha sonra ABŞ bazasına edilən hücuma görə məsuliyyəti “İraqın İslam Müqaviməti” şiə hərəkatı üzərinə götürüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə