BMT-nin sessiyasında iştirakı üçün...
ABŞ Rusiya nümayəndə heyətinin rəhbəri Artur Lyukmanova BMT-nin İKT-dən istifadə ilə mübarizə üzrə Konvensiyanın hazırlanması üzrə sessiyasında iştirak etmək üçün viza verməkdən imtina edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Təhlükəsizliyi Departamentinin baş məsləhətçisi Andrey Akulçev məlumat verib.
“Bizim nümayəndə heyətimizin rəhbərinə yekun sessiyada iştirak etmək üçün ABŞ-a giriş qadağan edilib”, - deyə o bildirib.
Bundan əvvəl məlum olub ki, ABŞ Rusiya diplomatlarına yanvarın 24-də Nyu-Orleanda keçirilən Beynəlxalq Taxıl Şurasının iclasında iştirakını qadağan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB