Kiyev və Budapeşt müvəqqəti komissiya yaradacaqlar

Zakarpatiyada macarların hüquqları üzrə...
Kiyev və Budapeşt müvəqqəti komissiya yaradacaqlar

Kiyev və Budapeşt müvəqqəti xüsusi komissiya yaradacaq və bu komissiya on gün ərzində Macarıstan tərəfinin Zakarpatyadakı macarların hüquqları ilə bağlı suallarına cavab verəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Onun sözlərinə görə, Kiyev əvvəllər Budapeştə “milli azlıqlara mənsub şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı sualların tam siyahısını” istəyib və artıq onu alıb.

...Biz razılaşdıq ki, iki xarici işlər nazirliyinin himayəsi altında çox sadə bir vəzifəsi olan xüsusi komissiya toplayacağıq və o, on gün ərzində hər iki ölkənin hökumətlərinə necə, eləcə də nə ilə bağlı konkret anlayışı müzakirəyə təqdim etməlidir. Qərarda ehtiyac duyduğumuz və ya artıq həll edilmiş məsələlərin siyahısını açıqladıq ki, yekuna aydınlıq gətirək.

Kuleba deyib bunu.

Xatırladaq ki, Macarıstan Ukraynadan Zakarpatiyada macarların hüquqlarının bərpasını istəyir. Əks halda Budapeşt ölkənin Avropa İttifaqına üzvlüyünə dəstək verməyəcəyini bəyan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə