Putin və Lukaşenko dövlət təbliğatını birləşdirməyə razılaşıblar

Putin və Lukaşenko dövlət təbliğatını birləşdirməyə razılaşıblar

Rusiya və Belarusun liderləri Vladimir Putin və Aleksandr Lukaşenko “birlik dövləti” media holdinqinin yaradılması haqqında fərman imzalayıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə qərar Rusiya və Belarus Ali Dövlət Şurasının Sankt-Peterburqda keçirilən iclasında qəbul edilib.

Xatırladaq ki, 1999-cu ilin dekabrında Rusiya ilə Belarus arasında “ittifaq dövləti”nin yaradılması razılaşdırılmışdı və 2021-ci ilin noyabrında 28 birlik proqramı təsdiq edildi.

Eyni zamanda Lukaşenko “birlik dövləti” media holdinqinin yaradılması ideyasını ifadə edib. O, “dövlət təbliğatına ayrılan pulların mövcud qəzet, jurnal, teleqram kanalları və digər KİV-lərə yayılmasını” deyil, vahid media holdinqi çərçivəsində “yumruğa yığılmasını” təklif edib.

Deyilənlərə görə, Ukraynada müharibə başlayandan bəri Rusiya hakimiyyəti təbliğata rekord məbləğdə pul yatırsa da, amma eyni zamanda auditoriyanı itirməkdə davam edir.

Növbəti üç il üçün büdcə qanunu layihəsində təqdim olunan məlumatlara görə, 2023-cü ildə dövlət mediasının saxlanması xərcləri 122,1 milyard rubl təşkil edib.

Bu, Rusiyanın bir neçə orta regionunun büdcəsini üstələyir. Yeri gəlmişkən, 2024-cü ildə xərclər 121,3 milyard rubl təşkil edəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə