Rusiya Ədliyyə Nazirliyi Amerikanın GlobalGiving fondunu “arzuolunmaz” təşkilatlar reyestrinə daxil edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə idarənin saytında məlumat verilir.
Reyestrdə qurumun Baş Prokurorluğun 11 yanvar 2024-cü il tarixli qərarı ilə siyahıya daxil edildiyi göstərilir. GlobalGiving Foundation inkişaf etməkdə olan ölkələrin xeyriyyə təşkilatlarını və layihələrini bir araya gətirən platformadır.
Xatırldaq ki, keçən ilin dekabrında "arzuolunmazlar" reyestrinə daha iki təşkilat əlavə edilib: "Azad Rusiya Berlin" və "Azad Rusiya Şimali Reyn-Vestfaliya" - bunlar Almaniyanın rusdilli sakinlərinin birlikləridir.
Yeri gəlmişkən, Rusiyada arzuolunmaz təşkilatlar haqqında qanun 2015-ci ildən qüvvədədir. Ölkədə səlahiyyətli orqanların müvafiq reyestrə daxil etdiyi strukturların işi qadağandır. Arzuolunmaz təşkilatın fəaliyyətində iştirak etmək 500 min rubla qədər cərimə, təkrar insident halında isə dörd ilə qədər həbs cəzası ilə cəzalandırılır.
Eyni zamanda, konkret olaraq nəyin iştirak sayıla biləcəyinin ifadəsi qanunda qeyri-müəyyəndir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB