Əndəlüs quraqlıqla əlaqədar yeni tədbirlər paketini açıqladı

Əndəlüs quraqlıqla əlaqədar yeni tədbirlər paketini açıqladı

İspaniyada quraqlıq problemindən ən çox təsirlənən bölgələrdən biri olan cənubdakı Əndəlüs 200 milyon avro dəyərində yeni tədbirlər paketini açıqlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Əndəlus muxtar hökuməti 2020-ci ildən bəri 4-cü dəfə quraqlığa qarşı tədbir görməyə qərar verib.

Ekoloji Keçid Nazirliyinin məlumatlarına görə, son 3 ayda yağıntıların gözləniləndən çox az olduğu Əndəlüsdə bölgənin ən böyük su mənbəyi olan Quadalquivir hövzəsində həcmin 19,2 faiz azaldığı bildirilir.

Əndəlus muxtar hökumətinin başçısı Xuanma (Juanma) Moreno mətbuata verdiyi açıqlamada deyib: “Davam edən quraqlıq problemində kritik vəziyyətdəyik. 50 milyon avrosu kənd təsərrüfatı sektoruna köçürüləcək 200 milyon avroluq ümumi yardım və tədbirlər paketi hazırladıq. Duzlu su təmizləyici qurğuların həcmini genişləndirəcək və infrastrukturun yenilənməsi işlərini sürətləndiriləcəyik.

Bölgə əhalisini və özəl sektoru sudan qənaətlə istifadə etməyə çağırırıq.

Yağış çatışmazlığının təsirlərini aradan qaldırmaq üçün hidrotexniki infrastruktur işlərinə təxminən 500 milyon avroya xərclənəcək.

Sudaşıyan gəmilərin yan ala bilməsi üçün Alxesiras (Algeciras, Kadis) və Karboneras (Carboneras, Almeria) limanlarının geri qaytarılması və gətiriləcək suyun təchizatı şəbəkəsinə daxil edilməsi, sutəmizləyici qurğulara ötürülməsinə çalışırıq.

Əndəlüsdə su ehtiyatlarının normal səviyyəyə qayıtması üçün 30 gün aramsız yağış yağmalıdır.

Yaz aylarında gözlənilən yağıntılar yağmazsa, yayda su qıtlığı artacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə