Türkiyənin milli müdafiə naziri kosovalı həmkarını qəbul edib

Türkiyənin milli müdafiə naziri kosovalı həmkarını qəbul edib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​Kosovanın müdafiə naziri Ejup Maqedonci ilə görüşüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, nazir Y.Gülər ​​kosovalı həmkarı Maqedoncini paytaxt Ankarada Milli Müdafiə Nazirliyində rəsmi mərasimlə qarşılayıb.

Dövlət himnləri səsləndirildikdən sonra qonaq E.Maqedonci fəxri qarovul dəstəsini salamlayıb.

Mərasimdən sonra iki nazir arasında görüş baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə