"İslam Dövləti" məsuliyyəti öz üzərinə götürüb...

İstanbuldakı atışmalara görə...
"İslam Dövləti" məsuliyyəti öz üzərinə götürüb...

...“İslam Dövləti” terror qruplaşması bazar günü İstanbulda katolik kilsəsinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə qrupla əlaqəli Aamaq agentliyinin dərc etdiyi bəyanata istinadən Associated Press məlumat yayıb.

“İslam Dövləti”nin bəyanatında deyilir ki, onun döyüşçüləri xristian kafirlərin müşrik mərasimi zamanı onların yığıncağına hücum ediblər.

Bəyanat, üzləri maskalarla gizlədilmiş, silahla iki kişinin fotoşəkilləri ilə müşayiət olunur. Onların İstanbul məbədini atəşə tutan şəxslər olduğu müəyyən edilib.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya hücumdan sonra həbs edilən hücumçulardan ikisinin “İslam Dövləti” üzvü olduğunu bildirib.

O, dəqiqləşdirib ki, kilsədəki hücumdan sonra polis İstanbulda “İslam Dövləti” tərəfdarlarının yerləşə biləcəyi 30-dan çox yerdə axtarış aparıb və terrorçularla əlaqədə şübhəli bilinən 47 nəfəri saxlayıb.

Xatırladaq ki, İstanbul Santa Maria Katolik Kilsəsinə hücum yanvarın 28-i bazar günü ayin zamanı baş verib.

Belə ki, iki silahlı şəxs məbədə girərək odlu silahlardan atəş açıb. Nəticədə dindarlardan biri dünyasını dəyişib. Hücum edənlər saxlanılıb.

Onlardan biri Tacikistan, biri isə Rusiya vətəndaşıdır. Yeri gəlmişkən, ötən ilin dekabrında Türkiyədə 30-dan çox “İslam Dövləti” tərəfdarı xristian kilsələri və sinaqoqlarda terror aktları hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə