Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa vermək niyyətində olduğunu açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS məlumat yayıb.
O, bu barədə hökumətin keçirdiyi brifinqdə bildirib. Qaribaşvilinin sözlərinə görə, ona “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədri olmaq təklif olunub.
...Komanda ilə müzakirə etdiyimiz qərar barədə ictimaiyyəti məlumatlandırmaq istərdim. Bu gün baş nazir vəzifəsini tərk edirəm. Siyasi şuradan partiya sədri postunu tutmaq təklifi almışam. Bununla bağlı fevralın 1-də qurultay keçiriləcək.
Bundan əvvəl Gürcüstan parlamentinin “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasından olan deputatları parlament müxalifəti ilə Avropaya inteqrasiyanın gedişi ilə bağlı danışıqlar aparıblar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB