İbrahim Kalın İraqda bir sıra görüşlər keçirib

İbrahim Kalın İraqda bir sıra görüşlər keçirib

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın İraq Türkmən Cəbhəsinin (İTC) sədri Həsən Turan və İTK Kərkük millət vəkili Erşat Salihi ilə görüşüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İraqın Ərbil şəhərinə səfər edən İbrahim Kalın İraq Kürdüstan Demokratik Partiyasının (KDP) sədri Məsut Bərzani və İraq Kürd Regional Rəhbərliyinin (İKBY) Baş naziri Mesrur ​​Bərzani ilə də görüşüb.

Görüşlərdə bölgədə baş verən proseslər, ikitərəfli əlaqələr, separatçı PKK terroru ilə effektiv mübarizə müzakirə edilib, Türkiyenin terrorla mübarizədə qətiyyəti həmsöhbətlərə açıq şəkildə vurğulanıb.

Qeyd edək ki, İ.Kalın ötən həftə İraqa səfəri zamanı İraq prezidenti Əbdüllətif Rəşid və İraqın Baş naziri Məhəmməd Şiyə əl-Sudani ilə yanaşı, şiə və sünni qrupları və türkmən nümayəndələri ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə