Rus təyyarələri yenə də ruslara bomba atıb..?

Rusiya təyyarələri Rusiya Federasiyasının Belqorod vilayətinə daha 2 “FAB-250” hava bombası atıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri ASTRA öz mənbələrinə istinadən yayıb.

Deməli, yanvarın 27-də Koroçanski rayonunun Postnikov kəndində “FAB-250” aviabombası aşkar edilib. Sakinlər təxliyyə etməmək qərarına gəliblər. Həmin gün eyni aviabomba Belqorod vilayətinin Streletskoye kəndində də aşkarlanıb. Qeyd edək ki, bomba Lesnaya küçəsində tapılıb. Amma bu dəfə səlahiyyətlilər bombanın düşdüyü yerdən 500 metr radiusda yaşayan 150-yə yaxın sakini təxliyə etmək qərarına gəliblər.

ASTRA-nın məlumatına görə, bombaların atılması nəticəsində xəsarət alan olmayıb. Hər iki bomba ertəsi gün zərərsizləşdirilib.

Xatırladaq ki, yanvarın 21-də də ruslar “çaşıb” özünkülərinə, yəni İonovkadakı ferma ərazisinə “FAB-250” atmışdılar. Lakin bu dəfə də insident xətərsiz sovuşmuşdu(?).

Onu da xatırladaq ki, ötən il aprelin 20-də Belqorodda güclü partlayış baş vermiş, nəticədə 20 metrlik krater yaranmışdı. Daha sonra Rusiya Müdafiə Nazirliyi partlayışın səbəbinin "fövqəladə vəziyyət" olduğunu - Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-34 təyyarəsinin şəhərin üzərində uçarkən təsadüfən təyyarə sursatını yerə atdığını bildirdirmişdi.

Həmən vaxt partlayış nəticəsində 3 nəfər yaralanmışdı.

...Yeri gəlmişkən, o gün bu mövzu ilə bağlı danışarkən, tanışım qəribə bir cümlə işlətdi. Dedi ki, rusların araq içərkən çörək qoxulamağının səbəbini araşdırmaq Rusiyadakı həyat tərzinin reallıqlarına bir qapı açır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə