Finlandiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Finlandiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

...Finlandiya, bazar günü ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, ikinci tur səsverməni gözləyir.

SİA-nın əldə etdiyi məlumata görə, doqquz namizəddən heç biri birinci turda qalib gəlmək üçün lazım olan səslərin 50 faizindən çoxunu toplaya bilməyib.

Səslərdə lider sağ mərkəzçi Koalisiya Partiyasının namizədi, keçmiş baş nazir Aleksander Stubbdur. O, 27 faizdən çox səs toplayıb.

Digər namizədlər arasında Yaşıllar Partiyasının üzvü və keçmiş xarici işlər naziri Pekka Haavistonun ikinci tura çıxmaq şansı daha yüksəkdir. O isə 26 faiz səs toplayıb.

...Prezident seçkilərinin ikinci turu fevralın 11-nə təyin edilib. Qeyd edək ki, Prezident postunu hazırda məşhur siyasətçi Sauli Niinistö tutur. O, 2012-ci ildən ölkəyə rəhbərlik edir və - Konstitusiyaya görə - artıq yenidən seçilmək hüququ yoxdur.

Yeri gəlmişkən, Finlandiya prezidentin səlahiyyətlərinin məhdudlaşdırıldığı parlamentli respublikadır. Eyni zamanda, dövlət başçısı silahlı qüvvələrin ali baş komandanıdır və hökumətlə birlikdə ölkənin xarici siyasətini müəyyən edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə