NATO-nun baş katibi Yens Stoltenberq müəyyən mərhələdə Ukraynanı NATO-nun tamhüquqlu üzvü olmağa dəvət etmək istədiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Fox News” xəbər verir.
Ukraynanın Alyansa üzvlüyü irəliləyəcəyi təqdirdə Rusiya və NATO arasında mümkün qarşıdurma ilə bağlı sualı cavablandıran Stoltenberq, Alyans və ABŞ-ın Ukraynaya dəstək verməsini “yaxşı hal” adlandırıb.
Baş katib, NATO əvvəlcə müharibələrin qarşısını almaq üçün yaradıldığını xatırladıb.
...Mən Norveçdənəm, Rusiya ilə həmsərhəddirik. Norveç NATO-ya üzv olanda Sovet İttifaqı bunu təxribat adlandırmışdı. Bu, təxribat deyildi, bu, hər bir suveren xalqın öz yolunu seçmək hüququdur. Norveçin bu hüququ var, İsveç və Finlandiya, həmçinin Ukraynanın da var.
Bunu deyən Stoltenberq bildirib ki, Rusiya diktatoru Vladimir Putinin Ukraynada istədiyinə nail olmaması çox vacibdir, çünki bu, digər avtoritar rejimlər üçün stimul olacaq.
...Ona görə də, bizim, ABŞ-ın Ukraynanı dəstəkləməsi, həmçinin müəyyən mərhələdə onları Alyansın tamhüquqlu üzvü olmağa dəvət etmək bizim üçün yaxşı haldır.
NATO-nun baş katibi bildirib bunu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB