Bayden miqrantları ABŞ-ı daxildən məhv edən “kütləvi qırğın silahıdır”

Bayden miqrantları ABŞ-ı daxildən məhv edən “kütləvi qırğın silahıdır”

Şənbə günü Nevada ştatında keçirilən mitinqdə Donald Tramp bir daha xalqın dəstəyini qazanıb və Bayden administrasiyasının miqrant böhranına səbəb olan siyasətini pisləyib. Keçmiş prezidentin sözlərinə görə, Baydenin hərəkətləri Amerikanı məhv edir - Tramp cənub sərhədindəki miqrant böhranını ABŞ-ı daxildən məhv edən “kütləvi qırğın silahı” adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “The New York Times” yazır.

Trampa görə, Cozef Baydenin etdiyi şey millətimizə qarşı cinayətdir.

Eyni zamanda, o, bu ilki seçkilərdə bu vəziyyətin Baydeni təqib edəcəyini və törətdiyi bu vəhşiliyə görə Amerika xalqı tərəfindən mühakimə, məhkum ediləcəyini vəd edib.

Və bundan əlavə, şənbə günü Tramp Baydenin immiqrasiya və Ukraynaya yardımla bağlı ikitərəfli razılaşmasını tənqid edərək, bunun sərhəddəki problemi həll etmək üçün heç bir iş görməyəcəyini deyib.

Keçmiş prezident respublikaçı senatorları sövdələşməyə qarşı çıxmağa çağıraraq, bir daha uğursuz olarsa, onlara “günahı onun üzərinə atmağa” icazə verib.

...Qəzetin qeyd etdiyi kimi, Respublikaçı namizədlər arasında Trampın liderliyi hər gün daha da güclənir, baxmayaraq ki, onun yeganə rəqibi Nikki Heyli ona hələ də yarışda olduğunu xatırlatmaq üçün əlindən gələni edir.

“The New York Times” iddia edir ki, bütün səylərinə baxmayaraq, Nevada praymerizlərində qələbə Donald Tramp üçün faktiki olaraq təmin olunub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə