...Çağırış işarəsi Tixon olan 22-ci briqadanın hərbçisi Vladimir Qudim 46 gün Donetsk vilayətinin Kleşçievka yaxınlığında rusların mühasirəsində qalıb.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, o, nəinki sağ qalıb, həm də xeyli rus səgəri məhv edib.
Deyilənlərə görə, Tixon mövqedə olan 10 döyüşçüdən sağ qalan yeganə şəxs olub. O, 46 gün düşmənin mühasirəsində qalıb.
İlk iki həftədə öz mövqeyini qoruyan Tixon, rus həmlələrini də dəf edə bilib.
Sonradan döyüşlərin birində sağ əlindən yaralanan döyüşçü, barmağını kəsmək məcburiyyətində qalıb.
...Bundan sonra öldürülən rusların birindən radiosunu əldə edən ukraynalı, bu dəfə mühasirədən təkbaşına çıxmağa qərar verib.
Təbii ki, bu ərəfədə qohumları onun itkin düşməsi ilə bağlı komandanlıqdan rəsmi məktub alıblar.
Lakin, onun dediyinə görə, guya bir çox qohumu buna inanmayıb.
Qeyd edək ki, Ukrayna əsgərləri Tixonu son anda tapıblar.
...İndi onun sol ayağı amputasiya olunub, sağ əlində şəhadət barmağı yoxdur.
Tixonun dediyinə görə, mühasirədə qaldığı dövrdə 10 kiloqramdan şox arıqlayıb.
Yeri gəlmişkən, o, mütləq sağalacağına söz verir, çünki hər şeyə rəğmən oğluna inanan anasını ruhdan sala bilmir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB