Federasiya Şurasının Krımdan olan senatoru Olqa Kovitidi hesab edir ki, Donetsk və Luqansk Xalq Respublikalarından sonra Zaporojye və Xerson vilayətləri, Odessa, Nikolayev və Xarkov vilayətləri də Rusiyanın nəzarətinə keçməlidir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazıb
...Onlar rus olmalıdır, bu, demək olar ki, hər kəsə aydındır-deyən Kovitidinin sözlərinə görə, xaricdə Ukrayna prezidenti Vladimir Zelenskinin administrasiyasının mənasızlığı və “toksikliyi” barədə artan məlumatlılıq var.
O, hesab edir ki, Ukraynada siyasi və iqtisadi qarışıqlıq nə qədər uzun müddət müşahidə olunarsa, Rusiyada yaşamaq istəyən ərazilərin coğrafiyası bir o qədər çoxalacaq.
...ABŞ başda olmaqla Qərb, hətta Vatikan da Ukrayna və Rusiya arasında danışıqlara ehtiyac olduğunu anlayır, deyən senator vurğulayıb ki, sülh danışıqları yalnız Kiyevin Moskvanın xeyrinə məcburi ərazi güzəştləri şərti ilə baş tuta bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB