Sülh müqaviləsinin imzalanması prosesi gecikərsə, Ermənistan Azərbaycanı təcavüz etməmək paktı imzalamağa dəvət edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ordu Gününə həsr olunmuş çıxışında deyib.
...Biz Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini tətbiq etməyi təklif etdik. Həmçinin sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha çox vaxt aparacağı üzə çıxarsa, təcavüz etməmək haqqında paktı imzalamaq təklif olunub.
Qeyd edək ki, erməni xislətinə sadiq qalan Nikol, Cənubi Qafqazdakı gərginlikdə Azərbaycan tərəfini günahlandırmaqdan da qalmayıb.
O, həmçinin Ermənistanın guya sülh gündəminə sadiq qaldığını və bundan sonra da bundan dönməyəcəyini bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB