Fransa hökuməti fermerlərə əlavə dəstək vəd edib

Fransa hökuməti fermerlərə əlavə dəstək vəd edib

Fransa hökuməti “Parisini mühasirəyə almaq” təhdidləri fonunda fermerlərə əlavə dəstək vəd edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri BFMTV yayıb.

Fransa hakimiyyəti fermerləri haqsız rəqabətdən qorumaq üçün milli və Avropa səviyyəsində tədbirlər görməyi planlaşdırır. Fransanın baş naziri Qabriel Attal,.. “sizə müəyyən maddələrdən istifadənin qadağan edilməsi düzgün deyil, lakin qonşu ölkələr onlardan istifadə edir və sonra bu məhsullar burada başa çatır” deyə bildirib.

...Attal Fransanın ölkədə istehsal oluna biləcək məhsulların idxalını dayandıracağına inandırıb.

Kənd təsərrüfatı naziri Mark Fesno fermerlərə dəstək üçün əlavə tədbirlərin siyahısının çərşənbə axşamı elan ediləcəyini söyləyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə