Türkiyə UNRWA-ya yardımın dayandırılmasından narahatdır

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır ...
Türkiyə UNRWA-ya yardımın dayandırılmasından narahatdır

Türkiyə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) yardımın dayandırılmasından narahat olduqlarını bildirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır: “Bir sıra ölkələrin UNRWA-ya yardımı dayandırmasından narahatıq.

UNRWA son dərəcə çətin şərtlər altında milyonlarla fələstinli qaçqının həyati ehtiyaclarını qarşıladı.

2023-cü ilin 7 oktyabrdan bəri Qəzzada UNRWA-nın 150-dən çox əməkdaşının İsrail tərəfindən öldürüldüyünü də hüznlə xatırlayırıq.

UNRWA-nın bir neçə üzvünə qarşı bəzi iddialar səbəbindən bu təşkilata yardımın dayandırılması Fələstin xalqına zərər verəcək.

Yardımı kəsdiklərini açıqlayan ölkələrin qərarlarına yenidın nəzər salacaqlarına ümid edirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə