“Rusiya bizim düşmənimiz deyil...”

Britaniya müharibəyə hazırlaşmaq çağırışını “cəfəngiyyat” adlandırıb...
“Rusiya bizim düşmənimiz deyil...”

Qərb mediasının Rusiyanın Böyük Britaniyanın potensial düşməni olması ilə bağlı yaydığı iddialar həqiqətə uyğun deyil.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Britaniya İrs Partiyasının lideri Devid Kerten deyib.

O, sosial şəbəkədəki səhifəsində Britaniyanın yaxın 6 il ərzində Rusiya Federasiyası ilə müharibəyə hazırlaşması ilə bağlı “GB News” xəbərinə münasibət bildirib.

Siyasətçinin yazdığına görə, bu cəfəngiyatdır: Rusiya bizim düşmənimiz deyil.

...Xatırladaq ki, NATO-ya üzv ölkələr 2024-cü ildə keçiriləcək “Sabit Müdafiəçi” təlimlərində “Rusiyanın şərq cinahına mümkün müdaxiləsinə cavab tədbirləri” həyata keçirməyi planlaşdırır.

Onlar vurğulayıblar ki, NATO yaxın iki onillikdə Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşmalıdır. Eyni zamanda alman ekspertlər də yaxın 5-8 ildə Rusiya ilə müharibə ehtimalı barədə xəbərdarlıq ediblər.

Qeyd olunub ki, Almaniya guya NATO ilə Rusiya arasında Bundesver ssenarisinə görə 2025-ci ilin yayında başlaya biləcək birbaşa münaqişəyə hazırlaşır.

Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyi bu planları ötən ilin ulduz falı adlandırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə