Almaniya şirkəti Ukraynaya "Trinity" pilotsuz təyyarələri bağışlayır

Almaniya şirkəti Ukraynaya "Trinity" pilotsuz təyyarələri bağışlayır

Alman pilotsuz təyyarə istehsalçısı Quantum-Systems Ukraynaya müxtəlif konfiqurasiyalı 100 “Trinity” dron hədiyyə edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Deaidua” yayıb.

Şirkət Ukrayna ilə çox sıx əməkdaşlıq edir və Ukraynaya bağışlanacaq 100 “Trinity” pilotsuz uçan aparatından əlavə, istehsal Almaniya hökuməti adından yüzlərlə Vector PUA-nı da tədarük edir.

2023-cü ilin noyabrında şirkət nümayəndələri 2024-cü ilin yanvarında Ukrayna pilotsuz uçan aparat operatorlarının təliminə başlayacaqlarını açıqlayıblar.

Onlar “Trinity” ailəsinin pilotsuz təyyarələrini yerləşdirmək və idarə etmək üçün əsas bacarıqları öyrənməlidirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə