...Bazar günü, yanvarın 28-də Rusiya Mərkəzi Seçki Komissiyası Rusiya Kommunist Partiyası tərəfindən namizədliyi irəli sürülmüş namizəd Sergey Malinkoviçin sənədlərini qəbul edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, partiyanın saytında onu “Stalinin namizədi” adlandırırlar.
Beləliklə, Malinkoviç qanunun tələb etdiyi kimi, onun müdafiəsi üçün 100 mindən çox imza topladığını iddia edir. Mərkəzi Seçki Komissiyası bəyan edib ki, Rusiya kommunistlərinin nümayəndələri 19 imza qutusu gətiriblər. Onların yoxlanılması üçün 10 gün vaxt verilir.
Maraqlıdır ki, mətbuat praktiki olaraq Malinkoviç üçün imzaların toplanması barədə məlumat verməyib, hətta partiyanın veb saytına baxılarkən, onun yalnız bir neçə regional qərargahının fəal olduğu göstərilir.
Malinkoviç beşinci müddətə özünün namizədliyini irəli sürən hazırkı prezident Vladimir Putindən sonra Mərkəzi Seçki Komissiyasına imza gətirən ikinci namizəd olub.
Ümumilikdə isə səkkiz nəfər imza toplayıb və ya toplamaqda davam edirlər.
Mərkəzi Seçki Komissiyası bundan əvvəl Dövlət Dumasında təmsil olunan partiyaların üç namizədini imza toplamadan qeydə alıb.
Ukraynadakı müharibəyə açıq şəkildə qarşı çıxan bütün namizədlərdən yeganə namizəd Boris Nadejdin imza toplamaqda davam edir. Nadejdinin qərargahından verilən məlumata görə, onu dəstəkləmək üçün artıq 200 mindən çox imza toplanıb, lakin buna baxmayaraq toplama hələ də davam edir, çünki qanun bir bölgədən təqdim edilə bilən imzaların sayına ciddi məhdudiyyətlər müəyyən edib. Yəni bölgədən toplanan səs 2500-dən çox olmamalıdır.
Deyilənlərə görə, əslində maraqlıdır ki, bu gün Moskvada Nadejdin üçün 6 mindən çox imza toplandığı deyilir. Amma Mərkəzi Seçki Komissiyası bunun 2500-ni qəbul edəcək.
O da maraqlıdır ki, Çeçenistanda Nadejdinə cəmi 4 nəfər imza atıb.
Ruslar burada ncə deyirlər,“vot tebaz narod...”
Yeri gəlmişkən, sənədlərin MSK-ya təqdim edilmə müddəti yanvarın 31-də başa çatır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB