Amerika qoşunlarını İraqdan çıxarır?

ABŞ və İraq Amerika qoşunlarının çıxarılması ilə bağlı rəsmi danışıqlara başlayıb
Amerika qoşunlarını İraqdan çıxarır?

...Şənbə günü, yanvarın 27-də Bağdadda ABŞ və İraq arasında Amerika hərbçilərinin ölkədə olması ilə bağlı danışıqların birinci raundu keçirilib. Bağdadın gözləntilərinə görə, bu danışıqlar ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın ölkədə mövcudluğunun azaldılması üçün qrafikin hazırlanmasına gətirib çıxarmalıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Aljazeera” yayıb.

Agentliyin məlumatına görə, görüşdə İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə yanaşı, İraq Silahlı Qüvvələrinin nümayəndələri və ABŞ nümayəndələri də iştirak ediblər.

...Birgə Komissiya İraqda koalisiya fəaliyyətlərini dayandırmaq məqsədi ilə İraq və ABŞ arasında ikitərəfli dialoqun birinci raunduna başlayıb. Hərbi ekspertlər İŞİD-ə qarşı Qlobal Koalisiyanın hərbi missiyasının yaradılmasından 10 il sonra və İraqın təhlükəsizlik və hərbi qüvvələri ilə tərəfdaşlıqda öz missiyasını uğurla başa vurduqdan sonra onun tamamlanmasına nəzarət edəcəklər.

Bu, İraq Baş Nazirinin ofisinin bəyanatında deyilir.

“Aljazeera”nın məlumatına görə, Qəzza zolağında əməliyyat başlayandan bəri, İraq və Suriyadakı ABŞ qüvvələri İranla müttəfiq qrupların tez-tez hücumları ilə üzləşib.

Və təbii ki, bu da cavab zərbələri və İraqın “ABŞ-ın ərazisinə təcavüzü” ilə bağlı şikayətlərə səbəb olub.

Qeyd edək ki, İraq rəsmiləri ölkədəki hərbi koalisiyanın hələ 2020-ci ildə, İŞİD-ə qarşı beynəlxalq əməliyyat mərhələsinin sona çatdığı bir vaxtda geri çəkilməyə çağırmışdı.

“Aljazeera”nın məlumatına görə, hazırda İraqda 2014-cü ildə İŞİD-ə qarşı mübarizəyə kömək etmək üçün yaradılan koalisiyanın tərkibində 2500-ə yaxın Amerika əsgəri var.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə