Lukaşenko Putini Antarktidaya getməyə dəvət edib

Lukaşenko Putini Antarktidaya getməyə dəvət edib

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putini Antarktidaya səfərə dəvət edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.

“Bəlkə bir gün əlimizi sallayaq? Doğrudan da maraqlıdır”.

Qeyd edək ki, Belarus lideri bunu “Vostok” qışlama kompleksinin açılış mərasimində təklif edib.

Mənbənin sözlərinə görə, Putin təbəssümlə razılaşıb.

Yeri gəlmişkən, Antarktidada “Vostok” stansiyasında yeni qışlama kompleksi sınaq istismarına verilib. Bu, 1957-ci ildən fəaliyyət göstərən Antarktidadakı beş il boyu işləyən Rusiya elmi stansiyalarının ən cənubudur.

Xatırladaq ki, Lukaşenko və Putin videobağlantı vasitəsilə təqdimatda iştirak ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə