“Mona Liza”nın sifətinə şorba sürtüblər..?

“Mona Liza”nın sifətinə şorba sürtüblər..?

Ekologiya fəalları sənət əsərinə qarşı yeni etiraz aksiyası keçiriblər. Bu dəfə hücumun hədəfi Leonardo da Vinçinin Parisdəki Luvr muzeyində saxlanılan möhtəşəm “Cakonda” (“La Gioconda”) əsəri olub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, iki qadının Mona Liza tablosuna şorba sürtdüyü iddia edilir.

Medianın əldə etdiyi məlumata görə, amma Leonardo da Vinçinin tablosu zədələnməyib. Çünki əsər zirehli şüşədə saxlanılır.

Hadisə ilə bağlı CLPRESS tərəfindən yayılan videoya görə, Ərzaq Müdaxilə hərəkatının simvollarını geyən fəallar Fransada kənd təsərrüfatının ağır vəziyyəti və fransızların üçdə birinin kifayət qədər qida olmadığı barədə şüarlar səsləndiriblər. Muzey işçiləri vandalların qarşısını alıblar.

Hərəkat daha sonra şah əsərə hücumu əsas məhsulların mövcudluğunun təmin edilməsinə yönəlmiş kütləvi vətəndaş müqavimətinin başlanması kimi izah edən bəyanat yayıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə