Gürcüstandakı erməni diasporunun Qarabağda özünü buraxmış qondarma quruma dəstək aksiyası keçirməyə cəhd edib. Lakin aksiya baş tutmayıb və fiaskoya uğrayıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, təşkilatçıların Avropa İttifaqının Tbilisidəki nümayəndəliyinin qarşısında aksiya çağırışına yerli erməni icması reaksiya verməyib. Nəticədə nümayəndəliyin qarşısına yalnız təşkilatçılar toplanıblar. 10-15 nəfərlik aksiyaçılar müxtəlif separatçı şüarlar səsləndirdikdən sonra ərazini tərk ediblər. Aksiya zamanı insident qeydə alınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB