Türkiyədə zəncirvari qəza: Çox sayda yaralı var

Türkiyədə zəncirvari qəza: Çox sayda yaralı var

Türkiyənin Qars bölgəsində intensiv qar yağıntısından sonra magistral yollarda əmələ gələn buz qəzaya səbəb olub. SİA xəbər verir ki, məlumata görə, Qars-Ani marşrutu üzrə hərəkət edən üç avtomobilin iştirakı ilə qəza baş verib.

Yalınkaya kəndi ətrafındakı hadisə zamanı hər üç avtomobildə olan doqquz nəfər xəsarət alıb.

Yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə