Ukrayna hərbçiləri rusları dəf etməyə davam edirlər. Belə ki, Müdafiə Qüvvələrinin aviasiyası 24 saat ərzində rusların şəxsi heyəti, silah və hərbi texnikasının cəmləşdiyi 4 əraziyə zərbələr endiriblər.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Baş Qərargahın axşam hesabatında danışılır.
Bundan əlavə, raket qüvvələrinin bölmələri düşmənin bir artilleriya qurğusuna və iki sursat anbarına zərbələr endirib.
Təbii ki, ruslar da cavabsız qalmayıblar.
...24 saat ərzində ruslar Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrinə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 35 hücum həyata keçiriblər.
...Rusiyanın terror hücumları nəticəsində, təəssüf ki, dinc əhali arasında ölən və yaralananlar var. Çoxmərtəbəli və şəxsi binalara, digər mülki infrastrukturlara ziyan dəyib.
Bunu Baş Qərargah bildirib.
Deməli, Donetsk vilayətindəki Nyu-York kəndinin yanvarın 15-də atəşə tutulması nəticəsində dağılmış evin dağıntılarının götürülməsi başa çatıb.
Və xilasedicilər dağıntılar altından 5 nəfərin cəsədini çıxarıblar.
Bu barədə Donetsk vilayət hərbi-mülki administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib və bununla baölı müvafiq fotonu dərc edib.
Bildiyiniz kimi, ruslar Nyu-Yorkda üçmərtəbəli binaya iki idarə olunan bomba atıblar, nəticədə 3 nəfər yaralanıb, daha 5 nəfər dağıntılar altında qalraq ölüblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB