Görən, burada “araq içmisən, pulunu ver!” demək olar..?

Məhkəməyə verilən Tramp jurnalist xanıma 83 milyon dollar ödəyəcək
Görən, burada “araq içmisən, pulunu ver!” demək olar..?

...ABŞ-ın keçmiş prezidenti Donald Tramp jurnalist Ceyn Kerrollun mülki məhkəməsində uduzub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, məhkəmə eks-prezidenti onun haqqında alçaldıcı və böhtan xarakterli ifadələrinə görə ona 83 milyon dollar təzminat ödəməyə məcbur edib.

Xatırladaq ki, 2019-cu ildə Kerroll, Trampın 1996-cı ildə Nyu-Yorkun mərkəzindəki univermaq ləvazimatları otağında ona təcavüz etdiyini iddia edən bir kitab yazıb.

Qeyd edək ki, Ceynin heç bir faktiki sübutu yoxdur deyə, Tramp özü onun ittihamlarını rədd edib. Amma buna baxmayaraq, o, xanıma qarçı təhqiramiz ifadələr işlədib və hətta onu “ruhi xəstə” də adlandırıb.

Yeri gəlmişkən, keçən ilin may ayında Manhettendə ayrıca federal münsiflər heyəti Trampın Kerrolla cinsi təcavüz etdiyini müəyyən etmişdi, lakin münsiflər heyəti təcavüzə dair kifayət qədər sübut tapmamışdı.

Amma buna baxmayaraq, münsiflər heyəti jurnalisti ləkələyən və ittihamları rədd etdiyi zaman xanıma qarşı böhtan xarakterli sözlər dediyinə görə, Trampa 5 milyon dollar təzminat ödəməyi əmr etmişdi.

Buna baxmayaraq, cümə günü verilən yeni qərar Trampı 2019-cu ildə jurnalist haqqında açıq şəkildə böhtan və təhqiredici ifadələrə görə, yenidən təqsirli bilib. Beləliklə, məhkəmənin qərarına əsasən, zərərçəkmiş tərəf Trampdan reputasiyasının bərpası üçün 11, mənəvi zərərə görə isə 7,3 milyon dollar təzminat alacaq.

Qalan məbləği - 65 milyon dolları isə eks-prezident Kerrola qarşı pis niyyətli hərəkətlərinə görə cərimə kimi ödəməlidir.

...Onu da qeyd edək ki, qadın jurnalist cümə gününün qərarını alqışlayıb və deyib ki, bu, bir qadını alçaltmağa çalışan hər bir zorakılıq üçün böyük bir məğlubiyyətdir . ...Və bildirək ki, hökmün oxunmasında iştirak etməyən Tramp, daha sonra sosial mediada hökmü “tamamilə mənasız” hesab etdiyini yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə