Belaruslar daha içki içmirlər..?

Belarusda spirtli içkilərin satışı azalıb. Xüsusilə, söhbət pivə və araqdan gedir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Milli Statistika Komitəsinin portalında dərc olunan “Belarus Respublikasının sosial-iqtisadi vəziyyəti, 2023-cü ilin yanvar-dekabr ayları” statistik bülleteninin “Daxili ticarət və ictimai iaşə” bölməsində deyilir.

Belstatın təqdim etdiyi statistika göstərir ki, Belarusda araq və pivə kimi spirtli içkilərin satışında azalma müşahidə olunur.

Bu rəqəmlərə görə, 2023-cü ildə pərakəndə satış məntəqələrində 5,7 milyard rubl dəyərində spirtli içki və pivə satılıb ki, bu da ticarət təşkilatlarının pərakəndə dövriyyəsinin 8 faizini təşkil edib.

2022-ci illə müqayisədə spirtli içkilərin və pivə satışının 2,4 faiz azaldığı bildirilir.

...Əvvəlki illə müqayisədə mütləq alkoqollu spirtli içkilər və pivə satışı 97,6 faiz təşkil edib. Eyni zamanda, spirtli içkilərin satışında araqın payı il ərzində 44,4 faizdən 42,3 faizə qədər azalıb, pivə isə 20,9 faizdən 21,2 faizə yüksəlib.

Ticarət təşkilatları tərəfindən alkoqollu içkilər və pivə satışının strukturu göstərir ki, fiziki ifadədə 2022-ci illə müqayisədə araq satışı 6,9 faiz, pivə 1,3 faiz, üzüm şərabları 4,9 faiz, meyvə şərablarının satışı isə 4,6 fai azalıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə