...Bu arada Milli Müqavimət Mərkəzinin məlumatına görə, “Storm-Z” bölmələrinin tərkibində döyüşən məhbusların əksəriyyəti Rusiya Müdafiə Nazirliyinin onlara vəd etdiyi ödənişləri, eləcə də onların cinayət keçmişlərinin silinməsi ilə bağlı sənədləri almayıb.
SİA-nın əldə etdiyi məlumata görə, burada söhbət həm əmək haqqı, həm də döyüşlərdə iştirak nəticəsində alınan xəsarət və ya əlilliyə görə ödənişlərdən gedir.
Qeyd edək ki, burada maraqlı bir nüans ortaya çıxıb.
Məsələ bundadır ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu məsələdə “DXR rəhbəri”ni irəli verərək, “Storm-Z” də xidmət edən məhbusların əksəriyyətinin müqaviləni onlarla yox, “DXR rəhbəri” ilə bağladıqlarını göstərirlər.
...Yəni qanuni olaraq bu məhbuslar hətta Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları deyillər ki, bu da onlara heç bir sosial və maliyyə təminat hüququ vermir.
Məsələ ilə bağlı verilən mesajda belə deyilir...
...Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyanın “Storm-Z” məhbus döyüşçüləri sağalmamış yaraları və amputasiya olunmuş üzvləri ilə Ukraynaya qarşı müharibədə cəbhədə döyüş tapşırıqlarını yerinə yetirirlər.
Britaniyalıların fikrincə, “Storm-Z” bölmələrinin mövcudluğu Ukraynaya qarşı müharibədə hücum əməliyyatları zamanı Rusiya ordusunda problemlərdən xəbər verir.
Bu bölmələrə logistika və tibbi dəstək üçün ən aşağı prioritet verilir.
...Rusiya hakimiyyəti məhbusları Ukraynada döyüşməyə məcbur etmək üçün həbsxanalarda istilik sistemini kəsirlər. Eyni zamanda, Rusiyanın bir çox bölgələrində temperatur -35 ° C-ə enib. Belə ki, Putin soyuq havadan istifadə edərək Ukraynada zəifləmiş qoşunları artırmaq qərarına gəlib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB