“Hitler fanatiklərinin” cinayətlərinin müddəti yoxdur...

“Hitler fanatiklərinin” cinayətlərinin müddəti yoxdur...

Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə birlikdə Leninqrad vilayətinin Qatçina rayonunda Böyük Vətən Müharibəsi illərində faşistlərin soyqırımı qurbanları olan SSRİ-nin mülki əhalisinin xatirəsinə ucaldılmış memorialın açılış mərasiminə gəlib.

...27 Yanvar ümumi milli tariximizin ən mühüm tarixlərindən biridir: 1944-cü ilin bu günündə Qırmızı Ordu qoşunları Leninqradın blokadasını tamamilə yardılar və bir il sonra, 1945-ci ildə Osvensimi azad etdilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidenti bunu tədbirdə bildirib.

Dövlət başçısı vurğulayıb ki, “Hitler fanatiklərinin” cinayətlərinin müddəti yoxdur və eyni şey onların əlaltılarına da aiddir.

Qeyd edək ki, yanvarın 27-də Rusiya Prezidenti Piskarevskoye Memorial Qəbiristanlığında “Vətən” abidəsinin önünə əklil qoyub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə