“Bu qərar bizim fəryadımızın əksidir”

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) İzmir Bələdiyyə Sədri Namizədləri Təqdimat Yığıncağında çıxışında Ərdoğan deyib ...
“Bu qərar bizim fəryadımızın əksidir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Beynəlxalq Ədalət Məhkəməsinin (İCJ) 26 yanvar qərarı bizim “dünyanın 5-dən böyük olması” ilə bağlı fəryadımızın əksidir.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) İzmir Bələdiyyə Sədri Namizədləri Təqdimat Yığıncağında çıxışında Ərdoğan deyib: "Beynəlxalq Ədalət Məhkəməsinin 26 yanvar qərarı “dünyanın 5-dən böyük olduğu”na dair fəryadımızın əksidir. Biz bir daha İsraili beynəlxalq ictimaiyyətin və qurumların səsinə qulaq asmağa, hücum və qırğınlarını ən qısa zamanda dayandırmağa çağırırıq."

Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi 2024-cü il yanvarın 26-da İsrailin soyqırımda ittiham olunduğu iş üzrə tarixi qərar qəbul edib. Məhkəmə İsrailin işə xitam verilməsi tələbini qəbul etməyib. Beləliklə, İsrail ilk dəfə soyqırımda mühakimə olunacaq.

İCJ həmçinin Cənubi Afrikanın tələb etdiyi müvəqqəti göstərişlərin yerinə yetirilməsinə qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə