“NATO Rusiyaya qarşı müharibə riskini artırır”

“NATO Rusiyaya qarşı müharibə riskini artırır”

Rusiya bəyan edib ki, NATO-nun Rusiya sərhədinə yaxın bölgələrdə hərbi təlimlər keçirmək planları müharibə riskini artırır.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlama verib.

Ukraynanın Belqorod vilayətində 65-i ukraynalı məhbus olmaqla 74 nəfərin olduğu Rusiya təyyarəsini vurmasına Qərb ölkələrinin reaksiyasını qiymətləndirən M.Zaxarova deyib: "Qərb buna çılğın reaksiya verdi. Terror hücumlarını ancaq dəlilər göstərə bilər. Terror və ya ekstremizm aktları törədənlərə ancaq beyinsiz, vicdansız və əxlaqsız insanlar dəstək ola bilər".

NATO-nun təşkil edəcəyi “Sabit Müdafiəçi 2024” hərbi təliminə də diqqət çəkən Mariya Zaxarova bunun Rusiya sərhədlərinə yaxın bölgələrdə keçirilməsinin “təxribat” olduğunu söyləyib: “Bu addım qəsdən vəziyyəti pisləşdirməyə yönəlib, müharibə riskini artırır və Avropa üçün faciəvi nəticələrə gətirib çıxara bilər”.

M.Zaxarova bir daha bəyan edib ki, Rusiya NATO ölkələrinə hücum etmək niyyətində deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə