İsrail dövlət televiziyası KAN-ın xəbərinə görə ...
İsrail hava yolu şirkəti “El Al” Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırım iddiası qaldıran Cənubi Afrikaya uçuşları dayandıracağını açıqladı.
SİA xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın xəbərinə görə, “El Al” mart ayının sonundan etibarən Cənubi Afrikanın Yohannesburqa uçuşları dayandıracaq.
“Times of İsrael” qəzetinin yazdığına görə, Cənubi Afrika rəsmi Tel-Avivə qarşı soyqırım iddiası açdıqdan sonra İsrail vətəndaşları onsuz da Cənubi Afrikaya uçmaq istəmədiklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB