...ABŞ prezidenti Cozef Baydenin administrasiyası Rusiyaya qarşı müharibədə Ukraynaya uzunmüddətli dəstək planı hazırlayır, lakin bu planda 2024-cü ildə Ukraynanın xeyrinə cəbhə xəttində ciddi dəyişikliklər nəzərdə tutulmayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Amerika administrasiyasındakı anonim mənbələrə istinadən “The Washington Post” yazır.
Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki bütün ərazilərin qaytarılması Kiyev üçün rəsmi olaraq bəyan edilmiş müharibə məqsədlərindən biri olaraq qalır.
Lakin “The Washington Post”un yazdığı kimi, Ukraynaya dəstək üçün yeni strategiya layihəsində ərazilərin azad edilməsi vurğulanmır. O, Ukraynanın iqtisadiyyatını gücləndirməklə yanaşı, müdafiəyə də diqqət yetirir.
Nəşr ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən yazır ki, bu il Ukraynanın ötən yay etdiyi hücum cəhdinə bənzər hücum cəhdini təkrarlamaq çətin olacaq.
Bu, yalnız məhdud uğurlara gətirib çıxardı, strateji məqsədə - ilhaq edilmiş Krıma quru dəhlizinin kəsilməsinə nail olunmadı.
İndi ABŞ administrasiyası ümid edir ki, müdafiəyə sərf olunan bu il Ukraynaya öz potensialını, o cümlədən hərbi sənayedə əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verəcək.
Vurğulanır ki, Amerikanın dəstək planının həyata keçirilməsinin mümkünlüyü Konqresin Ukraynaya yardım üçün vəsait ayırıb-ayırmamasından asılıdır. Demokratlar və Respublikaçılar arasında əsasən miqrasiya və ABŞ-ın cənub sərhədindəki vəziyyətlə bağlı fikir ayrılıqları səbəbindən Konqres Cozef Bayden administrasiyasının Ukrayna ilə bağlı ehtiyaclar üçün təxminən 60 milyard dollar ayırmaq təklifini hələ də qəbul etməyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB