...Novosibirskdə Ukraynadakı müharibədən sağ qayıdan dörd iştirakçı məktəb və ya kollecdə dərs deməyə hazırlaşırlar.
Hazırda bunun üçün onlar müvafiq yenidən hazırlıq kursu keçiblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə regional Təhsil Nazirliyi məlumat yayıb.
Deməli onlardan biri, keçmiş polis əməkdaşı Andrey Prokofyev “Tarix” proqramı üzrə təlimi başa vurub və artıq 121 saylı məktəbdə “igidlik dərsi” keçib.
Qeyd edək ki, keçirilən dərslərlə bağlı bəzi nüanslar açıqlanmır,.. mesajda yalnız kamuflyaj formaları və əsgərlərin avadanlıqlarının elementlərindən bəhs edilir. Onu da qeyd edək ki, “müəllim” Prokofyev könüllü olaraq Ukraynaya müharibəyə gedənlərdən olub.
...Berdskdən olan digər müharibə iştirakçısı Andrey Koçubeev həyat təhlükəsizliyi dərslərində “təcrübəsini bölüşməyə hazır olduğunu” söyləyib.
...Semyon Baranov bədən tərbiyəsi fənnindən dərs deməyə hazırlaşır.
Dördüncü müəllimlə bağlı isə təfərrüatlar aşıqlanmır.
Yeri gəlmişkən, SİA bir müddət bundan əvvəl bu səpkili yazı vrmişdi.
Belə ki, həmin yazıdı Krım məktəblərindəki şagirdlərin aktiv ideoloji təlqinlərə məruz qaldığı deyilirdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB