Almaniya gömrükçüləri 455 min avro nağd pulu ölkədən çıxarmaq istəyən 66 yaşlı Ukrayna vətəndaşını saxlayıblar. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bild” qəzeti yazır.
Nəşrin məlumatına görə, Kiprə uçmağı planlaşdırn təqaüdçü, Münhen hava limanında mühafizədən keçərkən özü ilə cəmi 300 avro apardığını deyib.
Yoxlamadan sonra başqa bir şəxs ona yaxınlaşaraq gömrükçülərə şübhəli görünən çamadanı təhvil verib - onlar Ukrayna vətəndaşından içindəkiləri göstərməyi xahiş ediblər.
Çamadanın içərisində ümumi dəyəri 455 min avro (təxminən 44,177,996 rubl) olan 20 və 50 avroluq əskinaslar olub.
Həmin şəxsin pulu müsadirə olunub. İndi gömrük ələ keçirilən pulların kimə məxsus olduğunu və haradan gəldiyini araşdırır.
Qeyd edək ki, bundan əvvəl 76 yaşlı Hollivud aktyoru və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger Münhen hava limanında saxlanılıb.
Sənətçi hərracda satacağı bahalı saata görə gömrük yoxlamasından keçməyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB