Qəzza zolağına 112 gündür ki, bomba yağdıran İsrail aclıqdan da silah kimi istifadə edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi sözçüsü Əşrəf-əl-Kudra deyib: "İsrail Qəzza zolağını bombalayaraq, ac qoyaraq və müalicəni əngəlləyərək soyqırım törədir".
Kudra İsrailin əvvəlki gün Qəzzanın Küveyt qovşağında kömək gözləyən minlərlə ac insana qarşı qorxunc qətliam törətdiyini bildirib. Kudra deyib ki, işğalçı İsrail rekord sayda soyqırım törətmək üçün aclıq silahından istifadə edir.
Qatil İsrail ordusu Qəzza zolağına ölüm yağdırmağa davam edir. Qətər mərkəzli Al Jazeera İsrail ordusunun Xan Yunusa istiqamətlənən bombardmanının səhərə qədər davam etdiyini deyib. İsrailin ərazini tərk etməsini istədiyi minlərlə fələstinli sığınacaq etibarlı yer tapa bilmir. Nasr xəstəxanası ətrafında yerləşdirilən snayperçilərin xəstəxanadan çıxan mülki şəxsləri hədəf aldığı bildirilir.
Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumlarından son 24 saatda 183 nəfərin həyatını itirdiyini, 377 nəfərin yaralandığını xəbər verib. İsrail ordusu 2023-cü il 7 oktyabrdan etibarən 26 min 83 nəfəri öldürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB