Instagramda yeni məhdudiyyət: Valideyn təsdiqi

Instagramda yeni məhdudiyyət: Valideyn təsdiqi

Meta Instagram və Facebookda gənc istifadəçilər üçün yeni məhdudiyyətləri çatdırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, mesajlaşma məhdudiyyəti və valideyn nəzarəti daha ciddi hala gətirilib.

Instagram indiyə kimi 18 yaş üstü gənclərin onları izləməyən şəxslərə mesaj göndərməsini məhdudlaşdırırdı. Yeni DM sərhədi 16 yaşın altındakı bütün istifadəçilərə (bəzi ölkələrdə 18 yaşdan kiçik) tətbiq olunacaq. Meta bu dəyişikliyi tətbiq etmədən əvvəl gənc istifadəçiləri bir bildirişlə xəbərdar edəcək.

Messengerdə istifadəçilər yalnız Facebook dostlarından və ya siyahılarında əlavə olunan istifadəçilərdən mesaj ala biləcəklər.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə