Amerikanın Nyu-York ştatında professional rəqqasə Orla Baxendale (25) 11 yanvarda Stew Leonard's supermarketindən aldığı vanilli Florentine peçenyesindən yeyərək şiddətli allergik reaksiyadan anafilaktik şoka girib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Baxendalenin ailəsi peçenyenin qablaşdırmasında yer fıstığı tərkibi qeyd olunmadığı üçün firma Cookies United və satıcı Stew Leonard'sı məhkəməyə verib.

Stew Leonard's peçenyenin tərkibində hər hansı dəyişiklik olunduğunu onlara xəbərdarlıq edilmədiyini iddia edib. Şirkətin CEO-su deyib: "Çox kədərləndik. O ailənin indi necə hiss etdiyini təxmin edirəm". Ancaq Cookies United dəyişikliyi Baxendalenin ölümündən aylar əvvəl supermarketlə paylaşdığını bildirib.
Baxendalenin professional rəqqasə olmaq xəyalı üçün 6 il əvvəl İngiltərədən Nyu-Yorka köçdüyü öyrənilib. Manchesterdə dünyaya gələn gənc qız Ailey Schoolda təhsil alırdı.

Yer fıstığı allergiyası əsasən ABŞ və İngiltərədə çox müşahidə olunur. Medipol Mega Universitet xəstəxanasından prof.dr.Hikmet Tekin Nacaroğlu bunları deyib: "Şəxs yer fıstığından az miqdarda yesə belə ölümünə səbəb ola bilər. İmmunitetin yer fıstığında olan birdən artıq proteinə yüksək reaksiya göstərməsi ilə allergiya ortaya çıxır. Qida allergiyası olan insanların üzərlərində adrenalin qələmi olmalıdır. Şəxs allergik qidanı qəbul etdikdə dəqiqələr içində bu iynəni özünə vurmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB