ABŞ nüvə silahlarını yenidən Böyük Britaniyaya qaytarır...

ABŞ nüvə silahlarını yenidən Böyük Britaniyaya qaytarır...

ABŞ Rusiyadan artan təhlükəyə cavab olaraq 15 ildə ilk dəfə Britaniyada nüvə silahı yerləşdirəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Britaniyanın “The Telegraph” qəzeti ABŞ Müdafiə Nazirliyinin sənədlərinə istinadən yazır.

Pentaqonun satınalma saytında yerləşdirilən sənədlərə əsasən, Suffolk aviabazasında Böyük Britaniyada qaçılmaz nüvə missiyasına hazırlıq məqsədilə ballistik müdafiə imkanları və hidravlik rampalar yerləşdirməyi planlaşdırır.

Qeyd edək ki, bazada tezliklə Amerika hərbçiləri üçün yataqxana tikilməyə də başlanacaq.

Onu da bildirək ki, bir müddət bundan əvvəl ABŞ nüvə silahı daşıya bilən iki “F-35A” qırıcı eskadrilyasını Britaniyanın aviabazasına köçürməyi planlaşdırdığı barədə yazılmışdı.

Belə ki, “The Telegraph” mənbələrə istinadən, onların güclü B61-12 cazibə bombaları olacağının gözlənildiyini də xəbər vermişdi.

Yeri gəlmişkən, son günlər ABŞ mütəmadi olaraq müttəfiq ölkələrdəki hərbi obyektlərini modernləşdirir. Pentaqonun sözçüsü bildirib ki, bu fəaliyyətlər çox vaxt məxfi olmayan sənədlərlə müşayiət olunur - onlar proqnozları ehtiva etmir və hər hansı konkret mövqeləri və ya yerləşdirmə detallarını açıqlamaq məqsədi daşımır.

Xatırladaq ki, ABŞ 2008-ci ildə Moskvadan gələn təhlükənin azaldığına qərar verərək nüvə başlıqlarını Britaniyadan çıxarmışdı.

...Amerika silahlarının Böyük Britaniyaya qaytarılması Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Kremllə gərginliyin artmasına cavab olaraq nüvə obyektlərinin inkişafı və modernləşdirilməsi proqramının bir hissəsidir.

“The Telegraph” yazır bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə