"İnci taneleri" dizisinə iki aktyor da daxil olub

"İnci taneleri" dizisinə iki aktyor da daxil olub

Böyük səs gətirən Yılmaz Erdoğan və Hazar Ergüçlünün baş rollarda oynadığı "İnci taneleri" dizisinə iki məşhur da daxil olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rza Kocaoğlu ilə Kubilay Aka "İnci taneleri"ndə balansı dəyişdirəcək.

Kanal D ekranlarında yer alan dizidə Yılmaz Erdoğan, Hazar Ergüçlü, Selma Ergeç, Kubilay Aka, Güven Kıraç və Yasemin Baştan kimi məşhur aktyorlar iştirak edirlər. İlk bölümü ilə rentinqləri alt-üst edən dizinin yeni bölümü maraqla gözlənilir.

İlk bölümü You Tube - da 17 saatda 2 milyondan çox izlənmə alan diziyə Rza Kocaoğlu da gəlir. İstedadlı aktyor dizidə Nüsrət rolunu canlandıracaq. Nüsrət rolu ilk səhnələrdə həbsxanada olarkən sonrakı bölümlərdə diziyə hərəkət qatacaq.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə