Davamsızlıq idmanla aradan qaldırıldı

Davamsızlıq idmanla aradan qaldırıldı

Türkiyənin Ədirnə şəhərində dərsdən qalan şagirdlərdə idman və müxtəlif incəsənət sahələri ilə məktəbə həvəs yaradıldı.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Ədirnə təhsil müdiri Öndər Arpacı deyib ki, 2023-2024-cü illər təhsil ilinin əvvəlində davamsızlıq 1123 nəfər idisə, artıq 54 nəfərə düşüb. Öndər Arpacı idman və sənət layihələri ilə şagirdlərin məktəbə daha həvəslə gəldiklərini deyib.

Bu layihələrlə şagirdlərin məktəbə bağlılığı artıb. Ö. Arpacı musiqi akademiyası qurulduğu və burada şagirdlərin təhsil aldığı haqqında da məlumat verib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə