Astronomlar tərəfindən yeni təsbit olunan asteroid 2024 BJ bu gün Yerə yaxın nöqtədən keçəcək.
SİA xarici mətbuata istinadən xəbər verir ki, təyyarə böyüklüyündəki asteroid dünyanın 354 min kilometr yaxınından keçəcək. Həmin anlar Virtual Teleskop Layihəsinin canlı yayımından izlənilə biləcək. NASA-ya görə uçan kosmik daş dünyaya yaxın nöqtədən Türkiyə saatı ilə 20:30-da çatacaq. Bu məsafə Yerin Aya qədər uzaqlığından daha yaxındır.
2024 BJ Yerə çox yaxınlaşsa da, hər hansı risk olmayacaq. Bu kosmik daşı astronomlar 17 yanvarda kəşf etmişdilər.
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB