Gürcüstan Prezidenti Salome Zurabişvili ötən gün Tbilisiyə səfəri zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşə bilmədiyi üçün təəssüfləndiyini bildirib. SİA xəbər verir ki, Zurabişvili bu barədə sosial şəbəkə hesabında yazıb.
“Gürcüstan Prezidenti Ermənistan Respublikasının Baş nazirinin ölkəyə səfərini alqışlayır, lakin çox təəssüf ki, prezidentə səfəri çərçivəsində dost ölkələrin liderləri ilə görüşmək və lazımi şəkildə ev sahibliyi etmək imkanı verilmir. Ölkədə nəzərdə tutulan yüksək səviyyəli səfərlər, görüşlər, tədbirlər barədə aidiyyatı qurumların ölkə başçısına məlumat verməməsi də təəssüf doğurur və diqqət çəkir”, - o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB