Kiyev dönüş nöqtəsinə yaxınlaşır..?

Kiyev dönüş nöqtəsinə yaxınlaşır..?

...Yenə də deyilənlərə görə, Vaşinqtonda həftənin əsas mövzusu Kiyevə təcili silah tədarükü ehtiyacı ilə bağlı olub. Bayden administrasiyasının iki yüksək vəzifəli rəsmisi ABŞ Konqresinə bildirib ki, Ukraynaya növbəti tranşla bağlı qərar tezliklə qəbul edilməsə, Kiyev batacaq, yəni Rusiya bir neçə ay və ya həftəyə döyüş meydanında qalib gələcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Responsible Statecraft” yazır.

Bu dəfə deyilənlərə görə, Avropa liderləri Ukrayna Silahlı Qüvvələrinə ikitərəfli əsasda öz arsenallarını artırmaqda kömək etməyə çalışsalar da, ABŞ-ın dəstəyi olmasa çox az iş görülə bilər.

Qeyd edək ki, bu gün ABŞ özü də qarışıb.

Bundan əlavə, Konqresdəki mübahisələr hələ də qanunvericilər arasında konsensusa səbəb olmayıb.

Üstəlik, Kiyevə verilə biləcək hər hansı bir maliyyənin hamısı hərbiyəyə yox, başqa istiqamətə də yönələ bilər.

Təbii ki, dərd bir olar, iki olar...

Məsələ bundadır ki, hazırda Ukraynadakı dövlət işçilərinə maaş vermək və bir çox əsas hökumət funksiyalarını yerinə yetirmək üçün Amerika və Avropa pullarına arxalanır. Daha da pisi odur ki, Kiyevə hərbi yardımdan daha çox büdcə yardımı göstərən Avropa İttifaqı Ukraynaya gələcək maliyyə üçün pul tapmaqda öz daxili çətinlikləri ilə üzləşir.

Yeri gəlmişkən, Avropa İttifaqı 54 milyard dollarlıq yeni yardım paketini nəzərdən keçirərkən bütün diqqətlər uzun müddətdir Ukraynaya dəstək verilməsinə qarşı çıxan Macarıstanın baş naziri Viktor Orbandadır.

Təbii ki, bütün bu qeyri-müəyyənlik Ukraynanı çətin vəziyyətə salıb, amma ümid hələ ki, ölməyib?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə