Qabar dağı bölgəsində gündəlik neft hasilatında rekord

Qabar dağı bölgəsində gündəlik neft hasilatında rekord

Türkiyənin Şırnak vilayətinin Qabar dağı bölgəsində gündəlik neft hasilatı 35 min barrellə rekord qırıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Neft Şirkətinin (TPAO) sosial media hesabında edilən paylaşımda "Şırnak vilayətinin Qabar dağı bölgəsində yeni qazılan quyularla cəmi 28 quyuda gündəlik 35 min 61 barrel neft hasilatı səviyyəsinə çatdıq. 2024-cü ilin sonuna qədər hədəfimiz gündəlik 100 min barrel neftdir. Millətimizin dəstəyi ilə qarşıya qoyduğumuz hədəfləri bir-bir reallaşdırdıq, enerjidə müstəqil Türkiye yolunda əzm və qətiyyətlə işimizi davam etdiririk" deyilib.

Bütün xəbərlər Facebook səhifəmizdə