2023-cü ilin on ayı ərzində Rostov vilayətində boğmacaya yoluxma halları ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 50 dəfə artıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Rostovstat” yayımlayıb.
Deyilənlərə görə, son bir il ərzində bölgədə 635 xəstəliyə yoluxma halı qeydə alınıb.
RBC Rostov regional Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bu da 2022-ci illə müqayisədə 43,8 dəfə çoxdur. Bildirilirr ki, xəstəliklərin böyük əksəriyyəti 17 yaşdan kiçik uşaqlardır. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında yalnız 21 göy öskürək hadisəsi qeydə alınıb.
Statistikaya görə, 2023-cü ildə 35,9 min nəfər göy öskürəyə qarşı peyvənd edilib, 37,5 min nəfər isə revaksinasiya olunub.
Yeri gəlmişkən, Rostov vilayətində qızılca xəstəliyi də geniş yayılmadadır. Verilən məlumatlara görə, bu gün Rostov vilayətinin 17-də artıq uşaq baxçasına məhdudiyyətlər tətbiq edilib.
Qeyd edək ki, Rusiyanın Stavropol diyarında da yoluxucu xəstəliklər geniş vüsət almaqdadır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB